Peşə məktəblərində direktor olmaq istəyənlərin NƏZƏRİNƏ

26-07-2023, 08:56           
Peşə məktəblərində direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün işə qəbul imtahanı keçiriləcək.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ərizələri təsdiq edilən namizədlər qanunvericilik və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər.

Xatırladaq ki, peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün müsabiqənin elektron müraciət mərhələsində respublika üzrə 19 direktor vakant vəzifəsi üzrə 311 müraciət, 27 direktor müavini vakant vəzifəsi üzrə isə 473 müraciət daxil olub. Direktor vakant vəzifəsi üzrə müraciətçilərdən 271 nəfəri, direktor müavini vakant vəzifəsi üzrə müraciət edənlərdən isə 386 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb.
Test imtahanı mərhələsinə buraxılma ilə bağlı məlumat namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru