Ekofəallar Kral III Çarlzın portretini “bəzəyiblər” - FOTO

28-07-2023, 08:51           
Ekofəallar Kral III Çarlzın portretini “bəzəyiblər” - FOTO
Edinburqdakı Şotlandiya Milli Portret Qalereyasında iki ekofəal Britaniya monarxı III Çarlzın portretini çəhrayı boya ilə “bəzəyiblər”.

“Bu gün qalereyada etiraz aksiyası keçirilib. Nəticələrini qiymətləndiririk”, - deyə Milli Portret Qalereyasının nümayəndəsi bildirib.

Məlumata görə, “This is Rigged” ekofəallar qrupu kralın portretinin üzərinə damcı şəkli çəkib, “Xalq hökmdardan daha güclüdür” ifadəsini yazıblar. Polis etirazçıları saxlayıb.

Qeyd edək ki, qalereyanın digər eksponatlarına zərər dəyməyib.



Mənbə: The Herald












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru