Rus qadınları Azərbaycan şərabını belə test etdi - VİDEO

28-07-2023, 12:39           
Rus qadınları Azərbaycan şərabını belə test etdi - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan şərabı günü keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi tərəfindən keçirilən təqdimatda Azərbaycan şərablarının bəzi çeşidləri təqdim olunub.

Gecənin rusiyalı xanım qonaqları Azərbaycan şərablarının dadına baxıb. Onlar yerli məhsulumuzun beynəlxalq üzüm sortlarından hazırlanaraq Avropa şərabları ilə asanlıqla rəqabət apara bildiyini deyib.

Beş növ şərabın dadına baxan qonaqlar arasına tanınmış şərab sənayesinin nümayəndələri və yüksək keyfiyyətli və dadlı şərabın biliciləri də olub.

Onlar premium şərablarımızın Rusiya bazarında o qədər də aktiv şəkildə təmsil olunmadığı üçün təəssüflənib.

Ağarza Elçinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru