İndiyə qədər tapılan ən yaxşı dinozavr qalıqları: elə bil dünən ölüb - FOTO

28-07-2023, 12:30           
İndiyə qədər tapılan ən yaxşı dinozavr qalıqları: elə bil dünən ölüb - FOTO
"Ən kiçik qaçan" mənasını verən Minimocursor Phunoiensis dinozavrının ən yaxşı qorunan qalıqları Taylandın Kalasin əyalətinin Phu Noi bölgəsində tapılıb.

Publika.az “Haber Türk”ə istinadən xəbər verir ki, Mahasarakham Universitetinin Paleontoloji Tədqiqat və Təhsil Mərkəzinin tədqiqatçıları Taylandın Kalasin əyalətinin Phu Noi bölgəsində Erkən Yura dövrünə aid dinozavr qalıqları aşkar ediblər.


Tədqiqatçılardan biri, Sita Manitkoon, tapıntıların bölgədə Cənub-Şərqi Asiyanın ən qədim Neornithischia növü olan Minimocursor phunoiensis dinozavrının ən yaxşı qorunan qalıqları olduğunu söyləyib.
Manitkoon bildirib ki, Phu Noi bölgəsinin skelet qalıqları baxımından çox zəngindir. Tapılan qalıqların Cənub-Şərqi Asiyada Neornithischia növünün qeydə alınmış ən qədim nümunəsidir.


Həmçinin bu qalıqlar nəticəsində dinozavrın biomüxtəlifliyi, biocoğrafiyası və erkən təkamül tarixi ilə bağlı yeni məlumatlar əldə edilib. Bununla da gələcəkdə Minimocursor Phunoiensis biologiyası daha yaxşı anlaşılacaq.
"Ən kiçik qaçan" mənasını verən Minimocursor Phunoiensisin təxminən 145 milyon il əvvəl yaşadığı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru