Qətəri Şərqin ən azad ölkəsinə çevirən Şeyxa Moza - ARAŞDIRMA + VİDEO

29-07-2023, 00:04           
Qətəri Şərqin ən azad ölkəsinə çevirən Şeyxa Moza - ARAŞDIRMA + VİDEO
Şərq qadını nağıl qoşmağı da, həyatı nağıl etməyi də yaxşı bacarır. Həm öz həyatını, həm də mənsub olduğu xalqın yaşamını müsbət tərəfə dəyişən, “Şərqin kraliçası” adlandırılan Şeyxa Moza kimi.

Qətər əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza bin Nasir əl-Misnəd digər Şərq qadınlarından fərqli olaraq həyat tərzi, ictimai fəallığı, geyimi və gözqamaşdıran tərzi ilə fərqlənir.

Xanım Moza üçün istisnalar var. Digər Şərq qadınlarına qadağa olunanlar ona aid deyil. O, həmişə kölgədə qalan ərəb qadını stereotipini dağıdan qadınlardandır.

Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin ölkəsi üçün gördüyü işlərdə ikinci həyat yoldaşı Şeyxa Mozanın da əli var. Qətər əmiri bu ağıllı qadının ictimai həyatdakı fəallığını dəstəkləyir və onun fikri ilə hesablaşır. O, Qətərin idarəçiliyində söz sahibi olan dairələrdə xüsusi nüfuza malikdir. Hətta şayiələr gəzir ki, əmirin üçüncü dəfə evlənməsinin səbəbi hər kəsə Mozanın Şeyx üzərindəki hakimiyyətinin sərhədsiz olmadığını göstərmək üçün imiş. Amma bütün bunlara baxmayaraq, Moza ağlı, eleqantlığı və özünəməxsus şarmı ilə hər kəsi kölgədə qoymağı bacardı.
Şeyxa Moza müdrik bir qadın kimi öz gələcəyinin də qayğısına qalıb. O bilirdi ki, həyatı əri hakimiyyətdə olduğu müddətdə təhlükəsizdir. Bəs Həmədin birinci həyat yoldaşından olan oğlu taxta çıxandan sonra onun taleyi necə olacaqdı?

Moza illərlə çəkdiyi zəhmətinin bəhrəsini təhlükəyə atmamaq üçün ərindən tələb edir ki, gələcək varisin namizədliyinə yenidən baxsın. Nəhayət, Moza həyat yoldaşını oğulları Təmim bin Həmədi vəliəhd şahzadə etməyə inandırır. Şeyx isə həqiqətən də sevimli həyat yoldaşını razı salmaq üçün bu inanılmaz addımı atır.

Ətraflı Baku TV-nin araşdırmasında:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.