Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib

30-07-2023, 12:18           
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib
Ekspertlər daha bir tablonun dahi rəssamın orijinal əsəri ola biləcəyini düşünürlər.
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib. Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, həmin tablo Rafaelin Drezden Qalereyasında saxlanılan məşhur “Sikstin Madonnası”na çox bənzəyir və ekspertlərin bir çoxu iddia edirlər ki, o, dahi rəssamın orijinal əsəri ola bilər.
Bu tablo onun sahibi olan fondun adı ilə “Tondi de Bresi” adlandırılıb.
Qeyd edək ki, “Madonna”nın mənşəyi ilə bağlı mübahisələr artıq 40 ildir davam edir. Süni intellekt bu iki əsəri müqayisə edib və onların arasında uyğunluq səviyyəsi 97 faiz olub.
Süni intellekt insanın gözü ilə görə bilmədiyi nüansları da aşkara çıxarır. Bununla belə, sənətşünaslar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bredford Universitetinin tədqiqatçıları israr edirlər ki, süni intellektin nəticələri ekspertlərin rəyindən daha obyektivdir.
Məlumat üçün qeyd edək ki, "Madonna Litta" əsəri Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilib.
Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru