Bakının mərkəzində hərəkəti iflic edən “dairə“ni hansı qurum çəkib? - VİDEO

30-07-2023, 15:14           
Bakının mərkəzində hərəkəti iflic edən “dairə“ni hansı qurum çəkib? - VİDEO
Paytaxtda qeyri-peşəkar formada çəkilən bu dairə müzakirələrə səbəb olub.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə təxminən bir il əvvələ qədər burda dairə işarəsi yox idi, sonradan peyda olub. Həmin vaxtdan sonra isə problemlər artmağa başlayıb. Hərəkətin pik vaxtında xüsusilə çətinlik yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, həmin yol kəsişməsindəki dairə onlar tərəfindən təşkil edilməyib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə deyiblər ki, orada hərəkətin təşkili dairəvi təşkil olunmayıb. Qeyd olunan vəziyyətlə əlaqədar olaraq ölçü götürülüb, aidiyyatı qurumlara məlumat verilib.

Lazımi tədbirlər həyata keçiriəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru