Bill Qeyts ailəsinin yaşadığı dəhşətli təcrübədən danışıb

31-07-2023, 09:14           
Bill Qeyts ailəsinin yaşadığı dəhşətli təcrübədən danışıb
“Microsoft”un həmtəsisçisi Bill Qeyts “Unconfuse Me” adlı öz podkastını işə salıb və onun ilk epizodunda qonaqlarla Alzheimer xəstəliyinin ailəsi üçün nəticələrini müzakirə edib. APA xəbər verir ki, yazı milyarderin şəxsi bloqunda dərc olunub.

Alzheimer gülməli ola bilərmi? Atamın bu xəstəlikdən əziyyət çəkdiyini müşahidə edərkən ailəmin yaşadığı dəhşətli təcrübəni nəzərə alsaq, mən şübhə ilə yanaşdım”, - Qeyts məşhur Amerika komediyaçısı ilə mövzunu müzakirə etmək qərarına gəldikdən sonra deyib.

67 yaşlı Qeyts aktyor Set Rogen və həyat yoldaşı Lauren Miller ilə Alzheimer xəstəliyi və beyin sağlamlığı ilə bağlı araşdırmalar haqqında danışıb. 2012-ci ildən aktyor həyat yoldaşı ilə birlikdə Alzheimer xəstəliyindən əziyyət çəkən insanların problemləri ilə məşğul olan təşkilata fəal dəstək verir.

Qeytslə söhbəti zamanı Rogen xəstəliklə bağlı araşdırmalardan danışıb. Ən son tibbi məlumatlara görə, Alzheimer xəstəliyinin təxminən 40% -nin qarşısını almaq olar. Miller izah edib ki, müəyyən edilmiş versiyanın əksinə olaraq, xəstəlik yaşa bağlı deyil - gənc oğlan və qızlar da bundan əziyyət çəkirlər.

Rogen və Qeyts həmçinin beyin sağlamlığı üçün beş vərdiş formalaşdırıblar: yuxu, məşq, qidalanma, zehni fəaliyyət və emosional rifah.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru