14 il əvvəl Çelyabinsk sakinini qaçırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO

2-08-2023, 12:35           
14 il əvvəl Çelyabinsk sakinini qaçırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO
Rusiya Federasiyası Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi bir qadını qətlə yetirməkdə, o cümlədən digər qadını oğurlamaqda və 14 il dustaq saxlamaqda təqsirləndirilən yerli sakin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

“Məhkəmə müstəntiqin vəsatətinə baxaraq, onun təmin edilməsi, 2023-cü il sentyabrın 30-dək iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - deyə hakim bildirib.

Əvvəllər Rusiya Federasiyasının İstintaq Komitəsi həmin şəxsi adam oğurluğu, qətl və zorlamada ittiham edib, müstəntiq həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərib. Yerli sakinə qarşı iki cinayət üzrə iş (adam oğurluğu və adam öldürmə işi) açılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru