Dünyanın ən ağır heyvanı tapıldı - VİDEO

3-08-2023, 17:53           
Dünyanın ən ağır heyvanı tapıldı - VİDEO
Perunun cənubundakı səhrada nəhəng qədim balinanın qalıqları tapılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni növə “Perucetus colossus” adı verilib.

Məlumata görə, balinanın qalıqlar 13 il əvvəl tapılıb, lakin ölçüsünə görə onları Perunun paytaxtı Limaya çatdırmaq üçün 3 il vaxt lazım olub.

Qeyd olunub ki, “Perucetus colossus”un uzunluğu təxminən 17-20 metrdir. Bu, planetin ən böyük heyvanlarından sayılan (uzunluğu 30 metr) mavi balinalardan daha qısadır.

Tədqiqatçıların fikrincə, rekord çəkinin sirri məhz sümüklərdədir. Ölçüsünə görə, “Perucetus colossus” mavi balinadan qısadır, lakin skeletin sıxlığına görə iki-üç dəfə ağırdır.

Ümumilikdə, nəhəng heyvanın 18 sümüyü (13 fəqərə, dörd qabırğa və bud sümüyünün bir hissəsi) tapılıb. Təkcə tapılan balinanın skeleti təxminən 7 ton ağırlığındadır. Elm adamlarının fikrincə, əzələlər, daxili orqanlar və dəri ilə birlikdə heyvanın ümumi çəkisi 320 tona qədərdir.

Qeyd olunub ki, tapılan “Perucetus colossus”un çəkisi təxminən 180 tondur. Bu da ən ağır hesab edilən mavi balinanın çəkisindən çoxdur.

Məlumata görə, nəhəng balinanın qalıqları Limada ictimaiyyətə nümayiş etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru