“Qadın kişidən hər şey istəyir, amma işləmək istəmir” - Məşhur psixoloq boşanmadan danışdı

12-12-2023, 18:44           
“Qadın kişidən hər şey istəyir, amma işləmək istəmir” -
Uzun illərdir ki, qadınların məişət zorakılığının qurbanı olmasından danışırıq.

Ölkədə qadınların müəyyən formada şiddətlə qarşılaşması ilə bağlı xəbərlər daha tez yayılır. Nadir hallarda kişilərin zorakılıqla üzləşdiyi məlumatını eşidirik.

Maraqlıdır ki, Azərbaycanda kişilər məişət zorakılığına məruz qalırmı?

Tanınmış psixoloq Gülnar Orucova “Cebhe.info”-ya bildirib ki, kişilər də qadınlar kimi məişət zorakılığına məruz qalırlar:

“Bəzən qadınlar kişiləri həddindən artıq aşağılayırlar. Kişilər deyirlər ki, işləyib pul qazanıb gətirib ailəmə verirəm, amma həyat yoldaşım qane olmur. Qadın xarici seriallara baxır, o cür yaşamaq istəyir. Onlar real həyatla serialın fərqini dərk etməlidir, şahzadə olmadıqlarını, şahzadə kimi yaşaya bilməyəcəklərini bilməlidirlər. Ailədaxili münasibətlərdə qadınlar kişilərlə anlaşmaq istəmirlərsə, bəhanələr tapacaqlar.

Bəzən xanımlar öz istəkləri olmadan ailələri tərəfindən evləndirilirlər. Bu cür qadınlar ailədə daha çox problem yaratmağa meyilli olurlar. Onlar evləndikləri kişinin xarakterini də, maddi vəziyyətini də problem etmək potensialında olurlar. Məlum məsələdir ki, ideal insan yoxdur, insanların mənfi xüsusiyyətləri də ola bilər. Biz qarşımızdakı insanı mənfi cəhətləri ilə də qəbul etməliyik.

Çünki biz özümüz də ideal deyilik, bunu mütləq nəzərə almalıyıq. Mən hər zaman demişəm ki, qadınlar oxumalı, təhsilini bitirdikdən sonra işləməlidirlər. Ona görə ki, sabah onlar ailə həyatı quracaqlar, həyat yoldaşlarının qazancı az olduqda, özləri də işləyib pul qazansınlar”.

Psixoloq qeyd edib ki, qadınlar kişilərə nisbətən daha emosional olurlar:

“Qadının uşağının nəyisə çatışmayanda aqressiv olur. Onlar aqressiyalarını kəskin sözlərlə həyat yoldaşlarına göstərirlər. Halbuki bundan əvvəlki illərdə daha çox kasıblıq var idi. Açıq danısşaq, bu gün hər birimiz “Trendyol” kimi xarici alış-veriş saytlarından sifarişlər edirik. Amma vaxt var idi ki, mağazanın qarşısında paltar almaq üçün saatlarla növbə gözləyirdik.

O zamanlar insanlar özlərinə lazım olanı alırdılar, yoxsa indi olduğu kimi, gündə bir paltar alım,şəkil çəkdirim, uşağı gündə bir yerə aparım düşüncəsində deyildilər. Hazırda insanlar həyatlarını göstəriş üçün yaşayırlar, istəyirlər ki, dostları, qohumları onları oliqarx kimi tanısın. Qadınlar məhz buna görə ailədə dava salırlar, hər gün bir şey istəyirlər.

Qadın kişidən azadlıq, pul, bahalı maşın və telefonlar, gündə bir geyim, xaricdə səyahət istəyir. Qadın hər şey istəyir, amma bəzən işləmək istəmir. Həmin qadınlar başa düşməlidirlər ki, onlar işləmədikdən sonra həyat yoldaşları onların bütün ehtiyaclarını qarşılaya bilməz. Ailələri dağıdan bu tip hallardır. Yoxsa kasıblıq heç bir ailədə boşanmağa səbəb ola bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.