Yeni il süfrəsindəki hansı yemək xərçəngə səbəb ola bilər?

14-12-2023, 00:09           
Yeni il süfrəsindəki hansı yemək xərçəngə səbəb ola bilər?
Yeni il günlərində, süfrəsində olan bəzi yeməklər xərçəng riskini artırır.

“Medicina” xəbər verir ki, həkim Denis Romanov bu qidaları açıqlayıb.
“Ənənəvi olaraq, bayramda seçilən ət assorti, qril və kabab kanserogen qidalara aiddir.
Açıq odda, manqalda bişirilmiş tərəvəz, göbələk belə zərərli maddə tərkiblidir. Düzdür, 1-2 dəfə yeməklə heç nə olmur, amma davamlı yemək hüceyrələrdə dəyişiklik yaradır.
Eləcə də sənaye yağları, transyağ və marqarin tərkibli digər yeməklər də həm diabet, həm xərçəng riskini artırır.
Bunlar un məmulatı, qazlı, şirəli içkilər, şirniyyat, yağlı, qızarmış yeməklər onkologiya riskini artırır.
Bu riski artıran yeni il süfrəsində spirtli içkinin də olmasıdır. Alkoqol özü də kanserogendir.
Yeni il süfrəsində mağaza salatları, kolbasa, mayonezli yeməklərdən bacardıqca uzaq durun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru