Bu ölkədə yeniyetmələrə sosial şəbəkə qadağası qoyulacaq

16-12-2023, 08:48           
Bu ölkədə yeniyetmələrə sosial şəbəkə qadağası qoyulacaq
Böyük Britaniya hakimiyyəti mümkün psixi sağlamlıq problemləri səbəbindən 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq üçün tədbirləri nəzərdən keçirir.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, müvafiq qanun layihəsi üzərində iş ilkin mərhələdədir. Hökumətin bəzi üzvləri bu tədbirlərin “o qədər də uzağa getməyəcəyini” düşünürlər.
Yeni məhdudiyyətlər çərçivəsində daha effektiv valideyn nəzarəti, eləcə də sosial şəbəkələrdə yaşın yoxlanılması texnologiyaları tətbiq olunacaq.
Qeyd edək ki, dünyada 8-25 yaş arasında olan hər beş şəxsdən biri psixi pozğunluqdan əziyyət çəkir. Araşdırmalar sosial mediadan daha tez-tez istifadə edən gənclər arasında psixi sağlamlığın pisləşdiyini, həmçinin siqaret, alkoqol və narkotik maddələrdən istifadənin artdığını sübut edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru