Axşam 9-dan sonra yeyənlər daha çox insult olur – Alimlər
16-12-2023, 11:55
Gec saatlarda axşam yeməyi ürək-damar patologiyaları riskini artırır. Tribunainfo.az xəbər verir ki, endokrinoloq Yelena Prikolenko alimlərin son nəticələrindən danışıb. “Onlar saat 21:00-dan sonra qida qəbul etmək və səhər 8-dən gec oyanmaq vərdişi ilə insult arasında əlaqə tapıblar. Bu adamlarda axşam 8-ə qədər artıq yeməyini bitirənlərə nisbətdə insult riski 28% çox olur. Xüsusilə bu hal qadınlar üçün təhlükəlidir. Axşam gec yeyənlərdə metobolik pozulma olur, artıq çəki, piylənmə yaranır, hormonal pozulma olur. Bu da insulin hasilini pozur, damarları tıxayır, təzyiqi qaldırır”.