Minlərlə ton balığın Yaponiya sahillərində kütləvi ölməsinin səbəbi açıqlandı - VİDEO

16-12-2023, 15:08           
Minlərlə ton balığın Yaponiya sahillərində kütləvi ölməsinin səbəbi açıqlandı - VİDEO
Alimlər son iki həftədə sardina balıqlarının Yaponiya sahillərində kütləvi şəkildə ölməsinin səbəblərini açıqlayıblar. Onların fikrincə, minlərlə ton bağlığın liman sularında ölməsinə səbəb oksigen çatışmazlığı olub.

Bu barədə Rusiya Balıqçılıq İnstitutunun Sakit okean bölməsinin nümayəndəsi bildirib.

Bundan əvvəl mümkün səbəb kimi açıq dənizdə suyun temperaturunun bu subtropik növün uyğunlaşmadığı şəkildə aşağı düşməsi göstərilib. Bundan başqa hadisənin “Fukusima-1” AES-dən zəhərli suyun buraxılması səbəbindən baş verdiyi ehtimalı da olub, lakin bu versiya da təsdiqini tapmayıb.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru