ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ - HƏMKARLAR İTTİFAQININ ƏSAS VƏZİFƏ VƏ HÜQUQLARI NƏDƏN İBARƏTDİR
16-12-2023, 12:18

ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ - HƏMKARLAR İTTİFAQININ ƏSAS VƏZİFƏ VƏ HÜQUQLARI nədən ibarətdir, bu qurum işçilərin əmək və digər hüquqlarının qorunmasında hansı rolu vardır?
1. Qanunvericilikdə nəzərdə tutulan vəzifə və funksiyalarını necə yerinə yetirilməsindən asılı olmayaraq bu qurum - bir çox müəssisə, idarə və təşkilatlarda vardır və fəaliyyət göstərir. Qanunvericiliklə bu təşkilatın böyük hüquq və vəzifələri vardır,necə yerinə yetirib, yetirilməməsindən asılı olmayaraq.
2. Könüllü və ya məcburi olaraq, bu qurumun saxlanması üçün işçilərdən hər ay üçün aylıq üzvlük haqqı tutulur.
3. Praktika göstərir ki, öz vəzifəsini layiqincə yetirən və ya yetirməyə çalışsan az da olsa həmkarlar təşkilatları da var.
4. Praktika göstərir ki, bir çox həmkarlar ittifaqları və ya sədrləri vardır ki, onlar hətta öz vəzifə və funksiyalarının nədən ibarət olduğunu belə bilmirlər.Bu funksiya isə yalnız əmək haqqı, mükafat almaq və işəgötürənin istənilən qərarını formal imzalamaqdan ibarət deyil.
5. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciət edən işçi bildirir ki,müəssisədə heç bir məsul vəzifə daşımayan Həmkarlar təşkilatı sədri heç bir əsas və ya səbəb olmadan ona hədə qorxu gəlmiş və işdən azad etdirəcəyi ilə hədələmişdi. Çox təəssüf ki, belə hallar da mövcuddur.
6. Praktikada, məhkəməyə işəgötürənin nümayəndəsi kimi Etibarnamə təqdim edən həmkarlar təşkilatı sədrinə də rast gəlmişik.
7. Praktikada məhkəmə proseslərində bu təşkilat sədrlərinin işçi ilə eyni safda deyil, işəgötürənin saflnda olduğunu da dəfələrlə rast gəlmişik.
8. Praktikada işdən azad olunan işçi barədə verilən rəylərdə,həmkarlar təşkilatının rəyinin işəgötürənə nisbətən daha ağır olduğuna da dəfələrlə rast gəlmişik, İşəgötürənə şükür etmişik.
9. Praktikada, işəgötürənin qərarına etiraz edən və ya nadir hallarda etiraz edən həmkarlar təşkilatlarına da rast gəlmirik.
Qanunvericiliyə əsasən isə təşkilatın aşağıda göstərilən hüquq və vəzifələri vardır:
10.İşçilər, pensiyaçılar, təhsil alan şəxslər,heç bir fərq qoyulmadan öz istəkləri ilə, əvvədən icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdirlər.
11. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi - həmkarlar ittifaqlarının beynəlxalq hüquq normalarında, Beynəlxalq Əmək Təşkilatının konvensiya və Avropa Sosial Xartiyasında nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmamalıdır.
13. İşəgötürənin təşəbbüsü ilə istehsal və ya əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı təşkilatı ilə qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
14. Həmkarlar ittifaqlarının işəgötürəndən - əmək və həmkarlar ittifaqları haqqında, habelə əmək, sosial və iqtisadi məsələlər barədə əmək qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
15.İşəgötürən bu tələblərə baxmağa, nəticə barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqlarına məlumat verməyə borcludur.
16. Müəssisənin rəhbəri və ya onun vəzifəli şəxsləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin şərtlərini yerinə yetirmədikdə, həmkarlar ittifaqları - onların intizam məsuliyyətinə cəlb edilməsi barədə səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
17. Həmkarlar ittifaqları öz üzvlərinin əmək və digər hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
18. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları: hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.
19.İşçilərin sayı və ya ştatları ixtisar edildikdə və işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə əmək müqaviləsi ləğv edildikdə, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
20.Qanunvericiliyun tələblərinə uyğun olaraq iş yerlərində işçilərin əməyinin mühafizəsinə, istehsalatda əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti və istehsal sanitariyası normalarına işəgötürən tər-dən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
21. Kollektiv müqavilələrin bağlanması, onun şərtlərinin yerinə yetirilməsinə öz hüquqları və səlahiyyətləri daxilində nəzarət edirlər.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır