BANKLAR NİYƏ MÖHÜRLÜ DOLLAR QƏBUL ETMİR? – EKSPERT AÇIQLADI

19-12-2023, 19:09           
BANKLAR NİYƏ MÖHÜRLÜ DOLLAR QƏBUL ETMİR? – EKSPERT AÇIQLADI
Son günlər banklar möhürlü dolların alışından imtina edir. Halbuki üzərinə möhür vurulmuş dolları vətəndaşlar elə bankların özündən əldə edir və ya banklara məxsus bankamatlardan çıxarırlar. Yaranmış problem əlində möhürlü dollar olan vətəndaşları xüsusilə narahat edir.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən bank ekspert Əkrəm Həsənov bildirib ki, əslində bankların xarici valyuta qəbul etmək öhtəliyi yoxdur. Ekspert bildirib ki, ancaq möhürlü dolların qəbul edilməmə səbəbi ya bankların öz daxili qaydasıdır, ya da onlardan da bu cür pulların götürülməməsi:

“Bank möhürlü dollar qəbul etmirsə, vətəndaş da möhürlü dolları bankdan götürməyə bilər. Buna vətəndaşın tam haqqı çatır.
Ancaq dolların üzərində möhürün olması təhlükəli hansısa məqamdan irəli gəlmir. Bu nəyinsə göstəricisi deyil. Bu ola bilər ki, həmin dolları kimsə, ya bank, ya ayrıca şəxs saxlayıb və özündə olan bütün pullara möhür vurub. Əslində pulun üzərinə möhür vurulması doğru deyil. Ancaq bu möhür pulu dəyərsiz və ya saxta etmir, qətiyyən. Ancaq bankların da qəbul etmədiyi belə pulları vətəndaşın qəbul etməməsi normaldır, çünki vətəndaş qorxur. Çünki vətəndaş möhürün nə olduğunu, niyə və nə üçün vurulduğunu bilmir. Qeyri-müəyyənlik var və problem yaradan da budur. Bankların da belə pullardan imtina etməsinə səbəb elə vətəndaşların möhürlü pulu qəbul etməməsidir. Halbuki möhürlü pul da normal puldur və heç bir problem daşıya bilməz, qətiyyən saxta sayılmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.