“Qrip zamanı bir məhsulu rasiondan çıxarmaq lazımdır”

20-12-2023, 11:48           
“Qrip zamanı bir məhsulu rasiondan çıxarmaq lazımdır”
Qrip zamanı bir məhsul rasiondan xaric edilməlidir.

Yeniavaz.com xəbər verir ki, bu barədə diyetoloq Natalia Bogdanova pravda.ru-ya danışıb.

Boqdanovanın sözlərinə görə, xəstəlik zamanı şəkərdən imtina etmək lazımdır, çünki o, C vitamininin işinə mane olur:

“Şəkər və sürətli karbohidratlar dərhal oksidləşmə proseslərinə başlayan sürətli enerji mənbələridir, lakin redoks reaksiyaları üçün köməkçi – C vitamini lazımdır. Ağ qan hüceyrələrimizə bakteriya və viruslarla mübarizədə kömək etmək əvəzinə, C vitamini tamamilə fərqli proseslərdə iştirak edəcək”.

Bundan əlavə, Boqdanova qeyd edib ki, bağırsaqlarda patogen mikroflora şəkərlə qidalanır:

“Xəstəlik zamanı rasiondan peçenye, şirniyyat və çörək çıxarmaq lazımdır. Biz çoxlu miqdarda C vitamini olan qidaları əlavə etməliyik. Tərkibində olan C vitamininə görə liderlər sitrus meyvələri deyil, itburnu, bolqar bibəri, çaytikanı, qara qarağat, cəfəri, şüyüd, duzlu kələm və kividir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru