Rusiyalı yazıçı bu dəfə plagiatçılıqda ittiham olundu

20-12-2023, 12:38           
Rusiyalı yazıçı bu dəfə plagiatçılıqda ittiham olundu
Rusiyalı yazıçı Boris Akunin (Qriqori Çxartaşvili) plagiatçılıqda ittiham olunur.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, onu Smolensk vilayətindən olan yazıçı Tayana Vikentyeva ittiham edir.

Yazıçının sözlərinə görə, Akuninin Erast Fandorin haqqında macəraları haqqında romanları və onun əsasında çəkilən “Fandorin. Azazel” serialı onun “Ölüm evi” pyesindən götürülüb.

Məhkəməyə müraciət edən yazıçı qadın 1 milyon rubl təzminat istəyir. Bundan başqa o, serialın gəlirlərindən də haqq tələb edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya yazıçısı Boris Akunin barəsində cinayət işi açılıb. O, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunur.

Xatırladaq ki, Boris Akunin daha əvvəl Rusiya hökuməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru