İNHALYASİYA ZAMANI BUNLARA DİQQƏT EDİLMƏLİDİR – HƏKİM MƏSLƏHƏTİ

21-12-2023, 19:15           
İNHALYASİYA ZAMANI BUNLARA DİQQƏT EDİLMƏLİDİR –
Son ilər inhalyasiya müalicəsi uşaqlarda tənəffüs yolunun kəskin və xroniki xəstəliklərində çox geniş istifadə olunur. İnhalyasiya müalicəsinin üstünlüyü dərmanın təsirinin qısa müddət ərzində və daha effektiv olmasıdır. Ancaq həkimlər bildirir ki, inhalyasiya zamanı da bəzi məqamlara diqqət etmək lazımdır.

Tribunainfo.az yazır ki, pediatr Nigar Süleymanovanın sözlərinə görə, inhalyasiyadan sonra nebulayzerin maska və konteynerin hər biri dezinfeksiya etmək lazımdır:

“Nebulayzerə qoyulan məhlulun miqdarı 2.5-4 ml arası olmalıdır, nebulayzer üçün tövsiyyə olunan müddət 5-10 dəqiqədir. Bundan çox qoymaq məshələt deyil. İnhalyasiyanın yeməkdən əvvəl olunması daha uyğundur. Yaxşı olar ki, dərmanlar bir-birinə qarışdırılmasın.

İnhalyasiya mualicəsində istifadə olunan dərmanlar, onların dozası və müalicə müddəti həkim tərəfindən təyin olunmalıdır, özbaşına dərman qoymaq, doza təyin etmək məsləhət görülmür. Həkim təlimatından kənara çıxdıqda müalicənin effektivliyi azalır, nəticədə “bu həkim mənim uşağımı müalicə edə bilmədi” kimi negativ düşüncələr yaranır.
Valideynləri narahat edən məqamlardan biri də inhalyasiyanın uşaqlarda asılılır yaratmasıdır. Bu əsla belə deyil. Heç bir asılılıq yaratmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.