Qaraciyəri təmizləyən MÖCÜZƏVİ QARIŞIM - 1 ay için

23-12-2023, 00:10           
Qaraciyəri təmizləyən MÖCÜZƏVİ QARIŞIM - 1 ay için
Sağlam qaraciyərə sahib olmaq istəyirsinizsə, iki şeyə ehtiyacınız var: Sağlam qidalanma və sağlam həyat tərzi. Qaraciyərimiz bizim üçün həyati əhəmiyyət kəsb etdirindən onu həmişə qorumalı və tez-tez detoks etməliyik. Detoks sularının məqsədi bədənimizi zəhərli maddələrdən təmizləməkdir.

Musavat.com qaraciyəri aktivləşdirən və toksinlərdən arındıran möcüzəvi qarışığı təqdim edir:

TƏRKİBİ: 1 limonun suyu, 2 portağalın suyu, 7-8 təzə nanə yarpağı, 1 litr su, 2 xörək qaşığı təmiz bal.

HAZIRLANMASI: Suyu qaynadın. Nanə yarpaqlarını əlavə edin və əlavə olaraq 5 dəqiqə qaynadın. Ocaqdan götürün, portağal və limon suyunu, həmçinin rəndələnmiş limon qabığını əlavə edin. Soyuduqdan sonra balla qarışdırıb için.

1 ay ərzində həftədə iki dəfə bu qarışığı hazırlayın. Bu qarışığı həm isti və həm də soyuq içmək olar. Təqdim etdiyimiz detoks qaraciyərinizi zəhərli maddələrdən təmizləyir və sağlam saxlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.