Yaddaşı yaxşılaşdıran məşqlər açıqlandı

25-12-2023, 09:39           
Yaddaşı yaxşılaşdıran məşqlər açıqlandı
Gündə 20-30 dəqiqə müntəzəm koqnitiv məşq yetkinlik dövründə yaddaşı qorumağa və yaxşılaşdırmağa kömək edir.

Qaynarinfo xəbər verir ki, bunu Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Klinik və Xüsusi Psixologiya fakültəsinin neyro və inkişafın patopsixologiyası kafedrasının professoru, psixologiya elmləri namizədi İrina Roşçina gazeta.ru-ya deyib.

Onun sözlərinə görə, yaddaşı təkmilləşdirən altı məşq var:

"Onların arasında Fibonaççi texnikası da var ki, bu da özünüzə ədədi ardıcıllığı söyləməyi əhatə edir, burada hər yeni nömrə əvvəlkilərin cəmidir. Pifaqor texnikası da təsirlidir. Axşam saatlarında gün ərzində baş verən bütün hadisələri ətraflı və ardıcıllığını pozmadan xatırlamaq lazımdır. Başqa bir məşq assosiativ metodu əhatə edir. Bu əlifbanın hər hərfi üçün mümkün qədər çox söz tapmaqdır".

Qeyd olunanlarla yanaşı, mental arifmetika, krossvord və digər söz oyunları da təsirlidir:

"Yaddaş mürəkkəb yüksək zehni funksiyadır. Yaddaşın effektivliyi bir sıra səbəblərdən asılıdır: insanın somatik və psixi sağlamlığının vəziyyətindən. Uşaqlıqda yaddaşın formalaşması böyük əhəmiyyət kəsb edir və düzgün gündəlik rejim, yuxu və qidalanma da vacibdir. Çox oxumaq, oxuduqlarını təkrar danışmaq, əl ilə yazmaq, xarici dilləri öyrənmək, artıq öyrəndiyiniz şeirləri təkrarlamaq və yadda saxlamaq lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.