Qızılca və qripin dərmanı – A vitamini hansı ərzaqlardadır?

25-12-2023, 15:48           
Qızılca və qripin dərmanı –
Soyuqdəymə, respirator xəstəliklər və hazırda da qızılca zamanı rasiona A vitamini ilə zəngin qidalar daxil etmək lazımdır.

Həkim Aleksandr Umnov sağalmaq və immuniteti gücləndirən qidaları açıqlayıb.

“A və C vitamini ilə zəngin meyvə-tərəvəzləri unutmaq olmaz. Bunlar sitruslar, yaşıl soğan, kök, giləmeyvələrdir. Eləcə də yağsız balıq, yağsız ət, yumurta, bərk pendirlər lazımdır.

A vitamini hansı qidalarda çoxdur: mal ciyəri, balıq ciyəri, kök, yaşıl göyərti, salat, kərə yağı, zeytun.

C vitamini –itburnu, bolqar bibərləri, kələm, sitrus, alma.

İmmun sistem üçün üzüm və kətan toxumlu sıyıqları da unutmayın. Bu sıyıqda sink, dəmir, maqniy, kalsium, Omeqa 3 turşusu olur.

Bu qidalar beyni aktivləşdirir, bağırsaq florasını gücləndirir, qan dövranını artırır, qanda şəkəri tənzimləyir.

Qara kişmiş qanda hemoqlobini artırır. Hemoqlobin immunitetin yarısıdır”. // medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru