Dünyanın ən yaşana bilən şəhərləri açıqlandı – SİYAHI
25-12-2023, 19:44

ABŞ-ın Nyu-York şəhərində yerləşən "Mercer” beynəlxalq konsaltinq şirkəti tərəfindən hər il nəşr olunan “həyat keyfiyyəti araşdırması”nın nəticələri dərc olunub.
"Cebhe.info" xəbər verir ki, “Mercer”in həyat keyfiyyəti reytinqində səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni mühit kimi müxtəlif amillər nəzərə alınıb.
Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər ilk onluğa daxil olub.
Zəngin tarixi, heyrətamiz memarlığı və canlı mədəni mühiti ilə tanınan Avstriyanın paytaxtı Vyana, sakinlərinə müxtəlif aspektlərdə yüksək həyat standartı təqdim etdiyinə görə yenidən siyahıda birinci yerdədir.
Həyat keyfiyyətinin aşağı olduğu şəhərlər siyahıda 241-ci yerdə olan Sudanın paytaxtı Xartum, İraqın paytaxtı Bağdad və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidir.
Vyanadan sonra yaşamaq üçün ən əlverişli şəhərlər aşağıdakılardır:
Sürix - İsveçrə
Oklend - Yeni Zelandiya
Kopenhagen – Danimarka
Cenevrə - İsveçrə
Frankfurt - Almaniya
Münhen – Almaniya
Vankuver - Kanada
Sidney - Avstraliya
Düsseldorf – Almaniya.