“Nobel” alan Azərbaycan alimləri
27-12-2023, 15:58

Məsud Əfəndiyev - Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı, professordur. "Humboldt" mükafatı alan ilk azərbaycanlıdır. "Humboldt” elm sahəsində Nobeldən sonra ikinci nüfuzlu mükafat hesab edilir və "Kiçik Nobel” adlanır. Bu mükafata layiq görülənlər çox keçmədən əsas Nobeli də əldə edirlər.
Zakir Əliyev - Azərbaycanlı alim, aqrar elmlər üzrə fəlsəfə doktorudur. 2014-cü ildə "Nobel medalı” mükafatına layiq görülüb. "Nobel medalı" döş nişanı ilə təltif olunan alimin adı “Rusiyanın tanınmış alimləri” elektron ensiklopediyasına da daxil edilib.
Bəxtiyar Siracov - Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. 2005-ci ildə nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınması və nüvə enerjisinin yalnız sülh naminə istifadə olunması uğrunda göstərdiyi fəaliyyətlərə görə Siracovun çalışdığı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik "Nobel" sülh mükafatına layiq görülürb. Mükafatın təqdim olunduğu komandada əsas şəxslərdən biri də azərbaycanlı alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşür.
Qönçə Muradova
Teref. Xocanın bloqu