Kişilərdə ən çox aşkar olunan – 3 xərçəng növü

28-12-2023, 16:07           
Kişilərdə ən çox aşkar olunan –
Kişilərdə onkoloji proseslərin inkişafına həyat tərzi və keyfiyyəti çox təsir edir.
Tribunainfo.az xəbər verir ki, onkoloq Yelizaveta Vasilyeva kişilərdə tarix boyu hansı xərçəng növlərinin daha çox aşkarlandığını açıqlayıb.
“Kişilərdə bütün onkoloji xəstəliklər içində birinci yerdə ağciyər xərçəngi gəlir.
Bunun da səbəbi siqaret, nikotindir.
Hər gün siqaret çəkənlərdə bu risk 9 dəfə artır.
Müntəzəm olaraq evdə siqaret tüstüsünə məruz qalanlar da risk altındadır.
Eləcə də kişilərdə zərərli istehsalatda işləmək də ağciyərlərdə şiş yarada bilir.
İkinci yerdə – prostat xərçəngi gəlir. Kişinin yaşı artdıqca risk artır.
Kişilər simptom olmasa belə ildə 1 dəfə PSA testi verməlidir.
Üçüncü yerdə dəri xərçəngi gəlir. Kişilər çox günəş altında olduğu və demək olar ki, gündən qoruma kremi çəkmədiyi üçün bazalhüceyrəli xərçəng boyun, burun və başda yaranır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.