Zəlzələni uşaqlara necə izah edə bilərik? - Yaponiyalı ekspertdən AÇIQLAMA

29-12-2023, 17:54           
Zəlzələni uşaqlara necə izah edə bilərik? -
“Yaponiyada uşaqlara zəlzələ ilə bağlı təlimlər məktəbəqədər təhsil müəssisəsindən başlayır”.

Bu sözləri yaponiyalı inşaat mühəndisi, memar və zəlzələ eksperti Yoşinori Morivaki Türkiyənin Kırklareli vilayətində keçirilən “Türkiyədə zəlzələ reallığı” adlı konfransda çıxışı zamanı deyib.

Yoşinori Morivaki Türkiyədə zəlzələ ilə bağlı təlim keçilmədiyini qeyd edib və əlavə edib ki, Yaponiyada bununla bağlı təlimlər məktəbəqədər təhsil müəssisəsindən başlayır.

“32 il əvvəl Türkiyəyə gəldiyim zaman deyirdilər ki, amandır, bircə zəlzələni uşaqlar eşitməsin. Lakin uşaqlara zəlzələni bir oyun kimi izah etmək və bu şəkildə onları maarifləndirmək lazımdır”, - deyə Morivaki bildirib.
O, həmçinin üç həftə əvvəl Gemlik körfəzində baş verən 5,1 bal gücündə zəlzələni əslində 7 bal gücündə gözlədiklərini vurğulayıb. Yoşinori Morivakinin sözlərinə görə, Mərmərə qırılma xətti hələ də aktivliyini qoruyub saxlayır.

“Mərmərədə 7 bal gücündə zəlzələ gözlənildiyi halda, 5 bal gücündə baş verdi, arada 2 bal fərq var. Orada hələ də enerjinin yığılması davam edir”, - deyə ekspert əlavə edib.

Mənbə: Hürriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru