Yeni ilin ən maraqlı adətləri: Kresloya minir, öpüşür, çəllək yandırırlar

1-01-2024, 08:47           
Yeni ilin ən maraqlı adətləri:
Dünya yeni-2024 cü ilə qədəm qoyur.

31 dekabr gecəsi yeni ilin gəlişi bütün dünya ölkələrində qeyd olunur. Bu günlə bağlı müxtəlif ölkələrin fərqli adətləri var.

CEBHE TV olaraq dünya ölkələrinin yeni illə bağlı maraqlı adət-ənənələrini təqdim edir.

*Yeni il Azərbaycanda milli bayram hesab olunmasa da, təzə ilin gəlişi qeyd olunur. 31 dekabr Azərbaycanda həm də Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi qeyd olunur.

*İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.

*Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyirlər. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.

*İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edirlər ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər.

*Amerika Birləşmiş Ştatlarında isə Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.

*Fransızların da Yeni illə bağlı maraqlı adətləri var. Bir çox Fransa əyalətində bu günə qədər köhnə bir ənənəyə əməl olunur. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

*Almaniyada isə saatlar gecəyarını göstərdiyində müxtəlif yaşlı insanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.

*İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kimə pisi düşür. *Şotlandiyada Yeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.

*İrlandiyada isə Yeni il günü evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcək və belə bir sağlığa - ”Bu evdə və bütün dünyada sülh naminə” badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir.

*Rumıniyada Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşlanları yalnız güldürəcək.

*Bolqarıstanda Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəlik işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.

*Macarıstanda Yeni il günü uşaq tütəkləri, fit almaq və hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəfanlıq gətirə bilər.

*Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.

*Yunanıstanda Yeni ili qarşılamaq üçün qonaqlığa gedən sakinlər özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun”deyirlər.

*Hindistanda da Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.

*Birmada Yeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.

*Vyetnamda Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya və ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küslülər barışır.

*Monqolustanda Yeni illə heyvandarlıq bayramı bir vaxta təsadüf edir. Buna görə də bu ölkədə Şaxta baba çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən də cəldlik və mətinlik üzrə konkursları sevirlər. Bu gün həm də at yarışı keçirilir. *Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə verilir və hamı birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın və təmiz olmasını arzu edirlər.

*Haitidə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə də onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Onlar küsüşdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alır, dəyiş-düyüş edirlər.

*Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram günü çemodanla gəzirlər. Küçələrində Yeni ilə bir gün qalmış əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək mümkündür. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edirlər və köhnə illə vidalaşırlar. *Braziliyada da Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar. Braziliyalı qadınlar uzun ətəkli geyimlərdə əllərində gül dəstələri okeana girir və gül ləpələrini suya atırlar.

*Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil, “plavkidə” gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan və uzundimdik şapkadan üzülüşə bilməyib. Buna baxmayaraq, maral dərili xizəyi nağılbaz baba serfinq taxtasına dəyişib.

*Afrika ölkəsi olan Efiopiyada Yeni il sentyabrın ortalarına təsadüf edir. Yerli sakinlər odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Sonra isə tonqalın ətrafında rəqs edərək, mahnı oxumaqla Yeni ilə çağırış edirlər.

*Cənubi Amerika ölkəsi oln Ekvador ən qəribə Yeni il adətinə malik ölkələrdəndir. Burada yerlıi sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar və həmin kuklanı yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Hesab oulnur ki, bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edirlər.

*Yaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq.

Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdırl. Yeni ildə həmin istəklər reallığa çevriləcək. Gündoğar ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür.

*Soyuq skandinav xalqı isçevlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmalqa məşğul olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.