Naringinin gündəlik istehlak norması açıqlanıb

1-01-2024, 15:35           
Naringinin gündəlik istehlak norması açıqlanıb
“Naringiləri qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər”.

Bunu rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov deyib.

O qeyd edib ki, naringilərin tərkibində həddindən artıq çox olan salisil turşusu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü alergendir.

“Əgər bədəninizin bu xüsusiyyəti barədə bilirsinizsə, bayram günlərində riskə getməyə dəyməz”, - deyə E. Belousov bildirib.
“Böyüklər üçün norma gündə beş naringi, uşaqlar üçün isə daha az - cəmi iki ədəddir”, - deyə mütəxəssis əlavə edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru