40 yaşlı kişiyə ərə verilən, toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT

3-01-2024, 12:29           
40 yaşlı kişiyə ərə verilən, toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsi yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 dəyərində qızıl da aparıbmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru