Tarixdə erməni falsifikasiyaları: Babikyan necə yalandan şahidlik edir...

4-01-2024, 18:04           
Tarixdə erməni falsifikasiyaları:
2018-ci ildə Beyrutda Hagop Babikyanın 1909-cu ildə yazdığı "Adana qırğınları: Bir şahid hesabatı" kitab şəklində nəşr edilib. Kitabın adı belə açıq-aşkar təhrifdir. Haqop Babikyan Osmanlı parlamentində millət vəkili olub. 1909-cu ildə İstanbulda baş verən və Makedoniyadan gələn Fəaliyyət Ordusu tərəfindən yatırılan 31 Mart hadisələrinin ardından, Osmanlı Parlamenti baş verənləri araşdırmaq üçün Babikyan da daxil olmaqla 3 millət vəkilindən ibarət istintaq komissiyasını Adanaya göndərdi. Bu komissiya üzvləri Adanada baş verən hadisələrdən aylar sonra orada olublar. Bu səbəbdən də, Babikyanın yazdığı hesabatı, real şahid ifadələri kimi qəbul etmək mümkün deyil. Kitabda Babikyanın Adanadan İstanbula qayıtdıqdan sonra müəmmalı şəraitdə öldüyü bildirilir. Lakin 12 erməni həkimin onun üzərində yarılma aparıb infarkt nəticəsində öldüyünə verdiyi qərar göstərilmir. Osmanlı hökumətinin camaatlararası qarşıdurmanın qarşısını almaq üçün Adana hadisələrində iştirak edən 120-dən çox müsəlmanı edam etməsi faktı oxucularından gizlədilir.
Eldar Tağıyev
Teref: Xocanın Blogu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru