Ən xoşbəxt doğum günü: 19 milyarder bu tarixdə dünyaya gəlib
7-01-2024, 12:49

Bəzən var-dövlətin ailədən gələn böyük zəhmət nəticəsində əldə edildiyi məlum olsa da, araşdırmalar zamanı dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğu ortaya çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən zəngin 500 adamından 19-u noyabrın 30-da doğulub.
Milyarderlərin ortaq cəhətləri tapmaq üçün mütəxəssislər hər bir insanın həyatını və doğum tarixini araşdırıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, 30 noyabr bu günə qədər ən populyar doğum tarixdir. Müvafiq olaraq, 500 ən zəngin milyarderdən 19-u, yəni təxminən 4 faizi bu tarixdə doğulub. “Coupon Follow” mütəxəssisləri isə ən çox milyarderin oktyabr ayında doğulduğunu açıqlayıb. Bu ayda 45 milyarder doğulub.
ABŞ-ın "Advance Publications" media şirkətinin sahibi Donald Nyuhau 15,8 milyard dollar sərvəti ilə noyabrın 30-da doğulan milyarderlər arasında ən varlı şəxs olub.
Sinqapurda boya və üzlük istehsalçısı “Wuthelam Holdings” şirkətini quran Goh Cheng Liang 11,1 milyard dollarlıq sərvətlə noyabrın 30-da doğulan milyarderlər siyahısında ikincidir. Lianq ümumi reytinqdə 183-cü yerdədir.
Üçüncü və dördüncü yerlər Çinin təhlükəsizlik avadanlığı təchizatçısı “Hikvision” şirkətinin vitse-prezidenti Qonq Hongjia və ABŞ kinorejissoru Diane Hendriksə məxsusdur. Hongjia 10,8 milyard dollar, Hendriks isə 10,4 milyard dollar xalis sərvətə malikdir.
30 noyabrdan sonra ən populyar tarix 1 yanvardır. “Coupon Follow” həmin gün 13 milyarderin doğulduğunu bildirir. İlin digər tarixlərində, eyni gündə dördə milyarder doğulub.
ABŞ 189 nəfərlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən ölkədir.