Azəricard-da nə baş vermişdi ?

7-01-2024, 16:59           
Azəricard-da nə baş vermişdi ?
Ötən gün 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzinin işləməməsi xeyli düşündürücüdür.
Düşünürəm ki, ilk növbədə Azərbaycan Beynəlxalq Bankı öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır.
Görəsən bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib, yaxud da insan amili rol oynayıb ?
Nə üçün sistemi uzun müddət bərpa etmək mümkün olmayıb?
Bərpa prosesində data itkisi olubmu, müştərilərin fərdi məlumatları ələ keçirilibmi?
Quruma İT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblərmi?
ABB ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir.
Odur ki, ABB -nin əlaqəli qurumlarla, XRİTDX ilə birgə özünün törəmə şirkəti olan Azəricard-da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də faydalı olardı.
Digər tərəfdən isə, maraqlıdır ki, Azəricard-ın məlumat bazaları görəsən nə üçün AzİnTelecom Data Mərkəzinə miqrasiya edilməyib.
Ümid edirəm ABB baş verənlərlə bağlı ağlabatan bir açıqlama verəcək.
Osman Gündüz
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru