Hər gün pomidor yesək nə olar? - Mütəxəssis belə izah edir
8-01-2024, 11:34
"Pomidor mədə-bağırsaq problemi olan insanlarda qıcıqlanmaya səbəb ola bilər.
Tərkibində saponin var. Pomidor toxumlarında mədə qıcıqlanmasına səbəb ola bilən efir yağları və liflər var".
32gun.az bildirir ki, Dövlət Təhsil Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti Roman Oparin NEWS.ru-ya hər gün pomidor yeməyin mümkün olub-olmadığını açıqlayıb.
Onun sözlərinə görə, tərəvəzin tərkibində təkcə faydalı mikroelementlər deyil, həm də mədəni qıcıqlandıran turşu var.
Belə ki, qabığın tərkibində saponin var. Bəzi insanlarda mədə və bağırsaq qıcıqlanmasına səbəb olur.
Pomidor toxumlarında qıcıqlanmaya səbəb ola bilən efir yağları və liflər var.