İlham Əliyev polkovnki niyə işdən çıxartdı? - təfsilat

4-09-2016, 10:56           

Xəbər verdildiyi kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, polis-polkovniki Oqtay Kərimov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini vəzifəsindən azad olunub.

O.Kərimovun prezident nomenklaturasından kənarlaşdırılması təbii ki, müəyyən suallar doğurur. Ən azı ona görə ki, Daxili Qoşunlar daha çox siyasiləşmiş post sayılır və ictimai-siyasi sabitliyin qorunmasının əsas təminatçılarından biridir. İkincisi, bu xəbərin DİN başçısı Ramil Usubovun Türkiyə səfərindən sonra ictimailəşdirilməsi də müyyən şübhələrə yol açır.

DİN-in mətbuat xidməti nazirin Ankara səfəri ilə bağlı məlumatda bildirilir ki, R.Usubov Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşündə 15 iyul hadisələrindən dərhal sonra “Hizmət hərəkatı”na bilavasitə bağlı olan “Qafqaz Universiteti”nin fəaliyyətinə və orada çalışan 50-yə yaxın müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, eyni səbəbdən “Zaman-Azərbaycan” qəzetinin və onun veb-saytının fəaliyyətinin, Fətullah Güləndən müsahibə almış ANS televiziyasının, radiosunun və veb-saytının da yayımının dayandırıldığını türkiyəli həmkarının diqqətinə çatdırıb. O da bildirilib ki, bu tədbirlər davam etdiriləcək.

Bəzi ehtimallara görə, O.Kərimovun vəzifəsinin kiçildilməsi Gülən işi ilə bağlı ola bilər. Məlumdur ki, Gülənçilər ən müxtəlif dövlət qurumlarına yerləşdirilib. Azərbaycanda da prespektivdə siyasi hakimiyyətə iddialı olan "Hizmət hərəkatı" təbii ki, siyasi hakimiyyətin təhlükəsizliyinin təminatçılarından biri olan Daxili Qoşunları diqqətdən kənarda saxlaya bilməzdi.

Gununsəsi.info-nun məlumatına görə isə, polis polkovniki O.Kərimov əslində bir neçə ay bundan əvvəl Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini vəzifəsindən azad edilib. O, nazir Ramil Usubovun əmrinə əsasən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Ancaq hələ O.Kərimovun yeni təyinatı ilə bağlı xəbərlər rəsmi təsdiqini tapmayıb.

Bununla belə, DİN-dəki mənbələr bu ehtimalı ciddi qəbul etmir. Nazirlikdəki mənbələrdən istiqlal.az-a daxil olan məlumatlara görə, R.Usubov belə məsələlərdə son dərəcə prinsipial və kompromissizdir: O.Kərimov Gülən hərəkatı ilə hansısa bağlılığı olsaydı nazir ona etimad göstərməzdi. Onun Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini vəzifəsindən azad edilməsi sırf kadr islahatı ilə bağlıdır".

"Bəs niyə O.Kərimovun yeni təyinatı rəsmən təsdiqlənmir" sualına mənbə qısa cavab verdi: "Bu nazirliyin daxili qaydaları ilə bağlıdır. Yəqin ki, yaxın günlərdə təsdiqlənər."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.