Fransada polis insanlara bıçaqla hücum edən kişini güllələyib

Bu gün, 12:18           
Fransada polis insanlara bıçaqla hücum edən kişini güllələyib
Fransada polis əməkdaşları Marselin mərkəzində bir neçə nəfərə bıçaqla hücum edən kişini güllələyiblər.

Bu barədə "Le Parisen" nəşri xəbər verir.

Bildirilir ki, hücum zamanı beş nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Öldürülən cinayətkar Tunis vətəndaşı olub. O, Fransada leqal olaraq qalıb.

O, kirayə haqqını ödəmədiyi üçün hoteldən qovulub. Hotelə tez qayıdan tunisli otaq yoldaşını bıçaqlayıb. Daha sonra hotelin müdirinə bir neçə bıçaq zərbəsi endirib, müdirin oğlunu küçədə bıçaqlayıb.

Bundan sonra o, yaxınlıqdakı kafeyə gedərək oradakı insanları bıçaqlamağa başlayıb,

Hadisə yerinə gələn polis əməkdaşları ondan silahını atmasını tələb edib, lakin cinayətkar polisə hücum etmək istəyib, nəticədə asayiş keşikçiləri odlu silahdan istifadə etməyə məcbur olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru