Saray qəsəbəsində qətl hadisəsi: “Xəzərxəbər”ə çəkiliş üçün müraciət etmişdi-Video

Bu gün, 10:38           
Saray qəsəbəsində qətl hadisəsi:
Xəbər verdiyimiz kimi, bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.

1974-cü il təvəllüdlü Məlikova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib. Onun qətlində 58 yaşlı qaynı Pərviz Məlikov şübhəli bilinərək saxlanılıb.

O da məlum olub ki, qətlə yetirilən qadın səhər saatlarında “Xəzər Xəbər”in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edib.

O, qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən videoları da göndərib.

Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirib.

Çəkiliş qrupu Əminə Məlikovanın ünvanına çatanda isə qadının öldüyü xəbərini eşidib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru