Finlandiya Prezidenti: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş var"

Bu gün, 10:34           
Finlandiya Prezidenti:
Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş var.
Bu barədə Finlandiya Prezidenti Alexander Stubb bildirib.

Stubb qeyd edib ki, Avropa Kiyevin təhlükəsizliyinin müzakirəsində irəliləyiş əldə edib, lakin bu cür tədbirlər yalnız sülh sazişi bağlandıqdan sonra təsirli olacaq.

“Biz onları dəstəkləyəcək ABŞ ilə təhlükəsizlik tədbirləri barədə razılığa gəlməliyik”, - o vurğulayıb.

Stubb, eyni zamanda, bildirib ki, tezliklə sülhün əldə olunması perspektivlərinə şübhə ilə yanaşır, baxmayaraq ki, Vaşinqtonla razılaşmanın yaxın gələcəkdə baş tutacağına ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru