Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”

Bu gün, 07:34           
 Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
ABŞ Prezidenti Donald Trampın Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşməsindən iki həftədən çox vaxt keçsə də, sülh yolunda real irəliləyiş yoxdur. Sülh səylərini pozan Rusiya olsa da, Donald Tramp çox güman ki, bunda Avropanı günahlandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.

Nəşrə danışan Ağ Ev mənbələri Trampın avropalıları Kiyevi Rusiyaya qarşı barışmaz olmağa və sülh sazişinin daha yaxşı şərtlərini gözləməyə təşviq etməkdə ittiham edəcəyini ehtimal edirlər.

Mənbələrə görə, bu vəziyyət Trampı sülhməramlı səylərini məhdudlaşdırmalı olduğunu düşünməyə vadar edə bilər. Nəşr ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsini küçədə iki uşağın davası ilə müqayisə edərək, son dərəcə mübahisəli bənzətmə apardığı son bəyanatından sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru