Husilər İsrail ordusunun Baş Qərargah binası da daxil olmaqla, pilotsuz təyyarələrlə dörd obyektə hücum edib. Ajans.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sariya Husilərə məxsus "Al Masirah" telekanalının efirində bildirib Hərəkatın hərbi sözçüsü Yəhya Saria həmçinin bildirib ki, pilotsuz təyyarələr Ben Qurion hava limanını, Aşdod dəniz limanını və Tel-Əvivdəki elektrik stansiyasını hədəf alıb.
Onlar həmçinin Qırmızı dənizdə "MSC ABY"-yə raket hücumu etdikləri barədə də məlumat veriblər.