"Avtobus sürücüləri, siz kimə arxayınsınız?" - ETİRAZ

Bu gün, 11:18           
"Avtobus sürücüləri, siz kimə arxayınsınız?" - ETİRAZ
Aparıcı Mətanət Əliverdiyeva avtobus sürücülərindən şikayət edib.

Axşam.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişəndə danışıb:

"Avtobus sürücüləri! Necə ki, avtobusların arxasında yazılıbsa, "Yol ver", biz sizə yol veririk. Amma siz vermirsiniz. Avtovağzaldan gələn istər avtobus, istərsə də minik maşınları, siz gözləməlisiniz. Oradakı işarə sizin üçündür. Avtobus sürücüləri, siz kimə arxayınsınız? Sürüb gedirlər. Qəza vəziyyəti yaradırsınız. Mən avtobus sürücülərindən çox ehtiyat edirəm. Fərq etmir harada, Ağ Şəhərdən, bulvar istiqamətindən gəlirəm. Tək mən yox, bir neçə insan avtobus sürücülərindən şikayətçidir. Biz sizə yol veririksə, o demək deyil ki, əzib keçin. Xahiş edirəm, səlahiyyətdən süni istifadə etməyək. Sizin üçün xüsusi zolaq ayrılıb. Biz sizin zolağa daxil olmuruq, siz də bizim zolağa daxil olmayın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru