1 sentyabr 1972-ci il, Bobbi Fişer şahmat üzrə 11-ci dünya çempionu olur.

Bu gün, 11:34           
1 sentyabr 1972-ci il, Bobbi Fişer şahmat üzrə 11-ci dünya çempionu olur.
Onun rəqibi, həmin günə qədər çempion adını daşıyan Boris Spasski bir gün əvvəl ağır vəziyyətdə təxirə saldığı partiyanı davam etdirmədən təslim oldu. Nəticədə Fişer 12,5:8,5 hesabı ilə matçda qalib gəldi.
Dünya çempionu adını fasiləsiz 24 il daşıyan sovet şahmat məktəbi üçün bu hadisə “Reykyavik faciəsi”ndən başqa bir şey deyildi. Titulu qaytarmaq üçün təcili tədbirlər görüldü.
Həmin təxirə salınan partiya həm də Fişerin keçirdiyi son rəsmi oyun oldu. 11-ci dünya çempionu daha heç vaxt rəsmi görüşlər keçirmədi, o cümlədən, üç il sonra titulunu müdafiə etmədi.
Bir vaxtlar ABŞ-ın qürur duyduğu dahi idi, gün gəldi, haqqında cinayət işi açıldı. O da qürbətdə yaşadı və qürbətdə öldü.
Bütün bunlar “Bobbi Fişer” adlı məqaləmdə
https://yadigar-sadiqli.livejournal.com/75964.html
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru