Çin Rusiya müştəriləri üçün UnionPay-i bərpa etməkdən imtina edib

Bu gün, 11:44           
Çin Rusiya müştəriləri üçün UnionPay-i bərpa etməkdən imtina edib
Rusiya prezidenti Putinin Çin sədri Si Sinpinlə danışıqlar zamanı bir neçə məsələ barədə razılığa gələ bilməyiblər.
AzPost Nexta kanalına istinadən bildirir ki, Kreml UnionPay-ın Rusiyaya qaytarılması və Çində Mir kartlarının satışa çıxarılması barədə Pekinin razılığını ala bilməyib. Tərəflər 22 sənəd imzalayıblar, lakin bank sahəsində sıçrayış olmayıb.
Pekin Rusiya müştəriləri üçün UnionPay-i bərpa etməkdən imtina edib. Bu kartlar əvvəllər sanksiyalar altında olan bankları xilas edirdi, lakin keçən ildən etibarən hətta Çinin özündə də fəaliyyətini dayandırıb.
Onlar həmçinin Mir kartlarının qəbulu ilə bağlı razılığa gələ bilməyiblər. 2024-cü ilin fevralından sistem operatoru Amerika sanksiyaları altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru