Portuqaliya - Azərbaycan oyununun hakimləri AÇIQLANDI

Bu gün, 08:24           
Portuqaliya - Azərbaycan oyununun hakimləri  AÇIQLANDI
Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə qrup oyunu üçün təyinatlar açıqlanıb.
Sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq qarşılaşma Kiprdən olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Konstantinos Fellasa yan xətlərdə Pavlos Georgiu və Giorgios Xaralampus, eləcə də Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.

Serbiyalı Deyan Filipoviç hakim-inspektor, ingiltərəli İan Atkins UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Cidade de Barcelos" stadionunda keçiriləcək B qrupunun oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru