Əfqanstan yaraqlıları Tacikistana yaxınlaşır –Təhlil
6-10-2016, 18:22
İvan Proşkin
Politrussia.com, 05.10.2016
Bazar günü dünya KİV-lərində Əfqanıstanda Taliban radikal terror təşkilatı ilə hökumət qüvvələri arasında qarşıdurmanın yeni mərhələsi haqda məlumat yayılıb. Toqquşmalar Tacikistanla həmsərhəd ərazi Kunduz əyalətində baş verir. Tamamil ehtimal var ki, taliblərin sonrakı uğurları Əfqanıstan-Tacikistan sərhədində toqquşmalara səbəb ola bilər. Düşənbə nə ilə cavab verəcək?
Taliblərin eyniadlı əyalətin Kunduz şəhərinə həmləsi oktyabrın 3-ə keçən gecə başlanıb. Yaraqlılar dörd tərəfdən hücuma keçib və yolüstü Nəvabad yaşayış məntəqəsini, həmçinin Kunduz civarında bir neçə nəzarət-buraxılış nöqtəsini ələ keçiriblər. KİV-in Əfqanıstan hərbçiərinə istinadən təsdiq etdiyi kimi, yaraqlılar şəhərin mərkəzinə qədər çata bilib və möhkəmlənməyə çalışıblar. Lakin tezliklə oradan geri oturdulublar. Bununla belə, onlar şəhərin cənubi-qərbində Hak Kani rayonunda möhkəmlənə biliblər.
Qeyd etməyinə dəyər ki, Kunduzda indiki durum bir il əvvəlki hadisələri bərk xatırladır. Yaraqlılar o vaxt 2015-ci il sentyabrın 28-də Kunduza soxula və şəhəri tam ələ keçirə bildilər. Lakin Əfqanıstan ordusunun bura çəkilmiş hissələri bir neçə gündən sonra beynəlxalq koalisyanın gücləri ilə birgə “Taliban”ı tutduğu mövqelərdən vurub çıxara bildi. Hərbçilər o vaxt öz qələbələrindən danışdılar. Eyni zamanda taliblərin sözçüləri yaraqlıların ələ keçirilən qənimətlərlə birgə mütəşəkkil geri çəkilməkdən danışdılar. İddia edildiyi kimi, bu cür qənimət yetərincə çox idi: minə yaxın Kalaşnikov avtomatı, 300-dən çox hərbi cip, həmçinin yerli bankın ofisindən götürülmüş nəqd bir neçə milyon dollar. Diqqətçəkəndir ki, yaralılar həm birinci, həm də ikinci hadisədə tamamilə eyni taktikanı işlədiblər: hücum şəhərin perimetri boyu dörd tərəfdən edilib və döyüş gedərkən yaraqlıların 2-3 nəfərlik kiçik mobil qrupları şəhərin mərkzinə soxulur, tutulmuş binalarda mövqe qurur. Bu cür taktikaya qarşı hərəkət etmək çox çətindir. Şəhərin müxtəlif hissələrində gizlənmiş yaraqlılar qrupunu sıxışdırmaq daha qəlizdir. Eyni zamanda Kunduz Tacikistan sərhədinin cəmi 70 km-liyində və respublika paytaxtına Düşənbəyədək birbaşa yolla 200 km-likdə yerləşir. Taliblərin Kunduz əyalətində güclənməyi Əfqanıstan-Tacikistan sərhədində tamdəyərli hərbi əməliyyatların başlanması üçün müqəddimə ola bilər. Həm də nəzərə alınmalıdır ki, təkcə Taliban deyil, Tacikistan sərhəd dəstələrinin mətinliyini tezliklə yoxlaya biləsi İŞİD də Düşənbə üçün təhlükə daşıyır.
Həm Taliban, həm də İŞİD, daha dəqiqi, onun Əfqanıstan “filial”ı – Vilayəti-Xorasan bütün Əfqanıstanı tutmaq niyyətini arabir bəyan edir. Buna görə onlar arasındakı əksər hallarda ədavətli münasibət də avqustun əvvəlində ikitərəfli barışıq imzalamağa mane olmadı. Amerikanın nüfuzlu nəşri “The Wall Street Journal”-in xəbər verdiyi kimi, hər iki terror qruplaşması Əfqanıstan ordusu və onu dəstəkləyən beynəlxalq koalisiya gücləri ilə mübarizədə qeyri-formal əməkdaşlıq haqda sazişə gəlib. İki qruplaşmanın yaraqlıları Şərqi Əfqanıstanda hakimiyyət uğrunda bir ildən çox çəkən döyüşlərdən sonra sazişə gələ biliblər. Bununla belə, hələlik qeyri-formal saziş iki qruplaşmanın sonrakı yaxınlaşması üçün tam təməl ola bilər. Bu öz növbəsində təkcə Əfqanıstan ordusu və müttəfiqləri üçün ciddi problemlərə deyil, həm də Orta Asiyanın sabitsizləşdirilməsi üçün yaraqlıların Əfqanıstan-Tacikistan sərhədini keçmək cəhdinə şərait yaradar.
Onların daha sıx kooperasiyası üçün maneə rolunu ideoloji fikir ayrılığı oynayır. Taliblərin ideologiyası ancaq Əfqanıstan üzərində suverenliyi nəzərdə tutur. İslamçılar onlardan fərqli olaraq sərhədləri tanımırlar. Terrorçuların əsas tutduğu “xilafət” ideyası müsəlmanlar arasındakı hər cür ayırıcı xətləri rədd edirlər. Uyğun olaraq, Əfqanıstanla Tacikistan arasında fərq qoymur və həm birincidə, həm də ikincidə vuruşmağa hazırdırlar. Eyni şey ümumən bütün Orta Asiyaya da aiddir. Beləliklə, sərhəddə müxtəlif cür fitnələrə qabil olan taliblərdənsə İŞİD Tacikistan və digər ölkələr üçün daha böyük təhlükə təşkil edir.
Başqa məsələdir ki, bu iki qruplaşmanın mümkün birləşməsi təşkilatın başında Taliban üzvlərni basıb əzən İŞİD-dən çıxanların duracağı vəziyyəti yarada bilər. Say göstəricisi baxımından taliblərin çox olduğuna baxmayaraq, “Vilayəti-Xorasan” ardıcıllarının sayı daim çoxalır. Bəzi məlumatlara görə, indiki anda Əfqanıstanda döyüşən taliblərin sayı 50 min nəfərə qədərdir. İŞİD yaraqlıları sayca daha az silahlı ardıcıla malikdir – müxtəlif dəyərləndirmələrə görə, onların sayı 3-8 min nəfər diapozonunda tərəddüd edir. Burası da var ki, “Vilayəti-Xorasan” ardıcıllarının sayı durmadan artır. O cümlədən müxtəlif səbəblərdən İŞİD-ə xidmətə qaçan taliblərin hesabına. Bu həm maliyyə səbəbləri (satılmaq, daha yüksək “maaş” və s.), həm də hər şeydən öncə dünya miqyasında “xilafət” qurulması ideyasının qəbul edilməsi kimi ideoloji aspektlər ola bilər. Özünü vətənə bağlı hiss etməyən gənclər bu cür ideologiyaya qarşı xüsusən həssasdırlar. Taliban və onun Əfqanıstana bağlılığı gənc əfqanların arasında getdikcə daha az rəğbət doğurur.
Eyni zamanda qeyd edək ki, hələ keçən il sazişə gəlmək və bəzi sahələrdə qüvvələri bu və ya digər şəkildə cür birləşdirməyə cəhdlər edilib. Lakin taliblərin o zamankı lideri Axtar Mənsur Talibanla İŞİD-in danışıqlarına hər cür mane olurdu. Lakin bu ilin mayında onun həlak olması terrorçular arasında danışıqlar prosesinin başlanğıcını qoyub. Hər şeydən göründüyü üzrə, Talibanın indikdi başçısı Heybətulla Axundzadə iki qruplaşma arasında kooperasiyanın bundan sonra möhkəmləndirilməyinə hazırdır. Beləliklə, Taliban və İŞİD yaxınlaşmağı davam etdirsə, güclü terrorçu superqruplaşmasının meydana çıxacağı bütün miqyası ilə qarşımızda durur. Burada sürətlə möhkəmlənən “Vilayəti-Xorasan”ın təmsilçiləri üstün çıxsa, bu vahid qruplaşma gücünə görə Suriya və İraq ərazisində yaranmış güclü qruplaşmadan sonra ikinci olacaq. Terrorçular Əfqanıstan ordusu və müttəfiqləri ilə müharibədən başqa, hökmən Orta Asiyaya, birinci növbədə yolüstü ən zəif halqa kimi Tacikistana soxulmaq cəhdində olacaqlar.
Tacikistanın zəifliyi iqtisadiyyatının acizliyi və bütünlükdə respublikanın qeyri-kafi sosial-iqtisadi vəziyyətindən, silahlı qüvvələrinin aşağı döyüş qabiliyyəti, həmçinin tamdəyərli siyasi müxalifətsizliyindən ibarətdir. Tacikistan Orta Asiyanın ən yoxsul dövləti və dünyada ən kasıb ölkələrdən biridir. Gəlirinin xeyli hissəsi əmək mühacirlərindən daxilomalar hesabına təmin olunur – hər şeydən əvvəl respublikanın yüz minlərlə vətəndaşının, o cümlədən gənclərin məskunlaşdığı Rusiyadan. Gənclik öz vətənində heç bir perspektiv görmür. Bu həm də respublikada zəruri iş yerlərinin olmaması ilə bağlıdır. İşsizlik gəncləri islamçıların əlinə itələyə biləcək amillərdən biridir.
Qaldı ki, orduya, indiki anda onun sayı tam 9 min nəfər təşkil edir və bunun 7 mini quru qoşunlarında xidmətdədir. Bu ordunun döyüş qabiliyyəti son dərəcə zəifdir – bunu 2012-ci il hadisələri təsdiq etdi: 150 pamirli yaraqlı Tacikistan ordusunun üç min nəfərlik qruplaşmasına qarşı uğurla vuruşurdu.
Bundan başqa, respublikadakı vəziyyəti gerçək siyasi müxalifətin olmaması da mürəkkəbləşdirir. Bütün siyasi proses Tacikistan prezidenti İmaməli Rəhman tərəfindən yönəldilir. Eyni zamanda Rəhman müxalifətə hər hansı siyasi hakimiyyət verilməsinə də yetərincə mənfi yanaşır. Kifayət qədər mötədil siyasi qüvvə olan və indiki prezidentə qarşı müxalifətdə olan Tacikistan İslam dirçəliş partiyası ilə bağlı durum bu baxımdan diqqətçəkəndir. Xalq içindəki dəstəyinə baxmayarq, partiya respublika Ali məclisində heç bir yerə sahib deyil. Fəaliyyəti qadağan olunub.
Bütün bu amillər respublikada təkcə müxalif əhvali-ruhiyyəni artırmır, lakin həm də respublikada islam radikalizminin güclənməsi və daha çox vətəndaşının cürbəcür ekstremist təşkilatlara, hər şeydən əvvəl İŞİD-ə keçməyinə səbəb ola bilər. Bu halda terrorçuların Tacikistana zərbəsi tamamilə məntiqli addımdır. Əslində, yaraqlıların müdaxiləsinə qarşı dura bilcək yeganə qüvvə tərkibində 7 min hərbçi, həmçinin zirehli texnika və reaktiv yaylım atəşi sistemləri olan 201 saylı Rusiya hərbi bazasıdır. Problem bundadır ki, baza Tacikistanın cənubi-qərb hissəsində Kurqan-Təpə şəhərində yerləşib. Əsas zərbəni isə Tacikistanın şərq əyaləti Dağlıq Bədəxşandan gözləmək olar. Terrorçuluq fəaliyyəti bu ərazidə daha güclüdür və ekstremistlər yerli əhalinin müəyyən dəstəyinə malikdir.
Əgər yaraqlılar Kunduz tərəfdən və yaxud Pamir istiqamətindən irəliləsə, Tacikistan KTMT qüvvələrinə, o cümlədən Qırğızıstanın Kanta şəhərində baza salmış aviasiyasına da də tam şəkildə güvənə bilər. İstənilən halda Moskva Ukrayna və Suriyadan sonra böyründə üçüncü cəbhənin də açılması arzusu ilə alışıb yanmır.
Tərcümə Strateq.az-ındır.