Ən sürətli interneti olan ölkələrin adı açıqlandı

17-02-2025, 10:14           
Ən sürətli interneti olan ölkələrin adı açıqlandı
"Ookla" analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb.

TEREF gazeta.ru-ya istinadən xəbər verir ki, Sinqapur sabit genişzolaqlı internetin sürəti üzrə liderdir, mobil internetin sürəti üzrə isə lider Birləşmş Ərəb Əmirlikləridir (BƏƏ).

Sinqapurda yükləmə sürəti 336.45 Mbit/s-ə təşkil edib. Reytinqdə sonrakı yerləri BƏƏ (310.05 Mbit/s), Honkonq (305.71 Mbit/s), Fransa (287.44 Mbit/s) və İslandiya (281.95 Mbit/s) tutub.

Azərbaycan bu reytinqdə 66.91 Mbit/s göstərici ilə 90-cı yerdədir.

Suriya və Kuba orta yükləmə sürəti təxminən 3 Mbit/s olmaqla sonuncu yerdə qərarlaşıb.

İllik müqayisə göstərib ki, qlobal yükləmə sürəti 2024-cü ilin yanvar ayı (91.93 Mbit/s) ilə müqayisədə 5.7 Mbit/s artıb.

Mobil internet baxımından qlobal yükləmə sürəti 91,24 Mbit/s-ə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə (50 Mbit/s) iki dəfə artıb.

BƏƏ mobil internet reytinqinə 545.94 Mbit/s orta yükləmə sürəti ilə başçılıq edir. Daha sonra Qətər (521.51 Mbit/s), Küveyt (314.39 Mbit/s), Bolqarıstan (252.,05 Mbit/s) və Bəhreyn (213.09 Mbit/s) gəlir. Azərbaycan isə 70 Mbit/s sürətlə 54-cü yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru