Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı

17-02-2025, 10:18           
Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
Ötən il Azərbaycan xarici ölkələrdən 4 milyon 547 min dollar dəyərində 3 min 170 ton qabıqlı qoz, 19 milyon 241 min dollar dəyərində 4 min 132 ton qabığı təmizlənmiş (ləpə) qoz idxal edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 45 qəpik (1,4 dollar), qoz ləpəsinin 1 kiloqramının gömrük dəyəri 7 manat 90 qəpik (4,65 dollar) olub.

Azərbaycan qabıqlı qozu aşağıdakı ölkələrdən idxal edib:

Ukrayna – 2 min 370,3 ton (1 kq.-ın gömrük dəyəri 2,2 manat)
Rusiya – 300 ton (2,2 manat)
Özbəkistan – 203,5 ton (3,1 manat)
ABŞ – 74 ton (4,2 manat)
Qırğızıstan – 73 ton (1,87 manat)
Çin – 47 ton (3,2 manat)
Argentina – 40 ton (5,4 manat)
Çili – 40 ton (6,1 manat)
Gürcüstan – 22 ton (6,3 manat)
Azərbaycan qoz ləpəsini aşağıdakı ölkələrdən idxal edib:
Ukrayna – 1 919 ton (1 kq.-ın gömrük dəyəri 7,9 manat)
Özbəkistan – 1 420 ton (8 manat)
Qırğızıstan – 659,8 ton (7,4 manat)
Çin – 79 ton (9,3 manat)
ABŞ – 48 ton (10,2 manat)
Çili – 3,1 ton (7,2 manat)
Argentina – 2 ton (13 manat)
Gürcüstan – 1 ton (15,4 manat)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru