Azərbaycanda bir tələbənin yetişdirilməsi dövlətə neçəyə başa gəlir? - QİYMƏTLƏR

19-02-2025, 16:56           
Azərbaycanda bir tələbənin yetişdirilməsi dövlətə neçəyə başa gəlir? - QİYMƏTLƏR
Azərbaycanda bir tələbə üçün xərclənən maliyyə vəsaitinin həcmi açıqlanıb.

Bu mövzuya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov Azərtac-a müsahibəsində toxunub.

O bildirib ki, ümumiyyətlə, dövlətimizin təhsil strategiyasında ali təhsilin əlçatan olması prioritet istiqamətlərdən biridir. Hər il qəbul planında dövlət sifarişli yerlərin sayının artırıldığını söyləyən rektor vurğulayıb ki, ADNSU kifayət qədər böyüyüb, tələbələrimizin sayı çoxdur:

"Məncə, biz qəbul planının artırılmasına ehtiyatla yanaşmalıyıq və bir tələbəyə xərclədiyimiz maliyyə haqqında yenidən düşünməliyik. Maliyyə birbaşa keyfiyyət deməkdir. Bu gün bir tələbəyə təqribən 2500-2700 manat maliyyə ayrılır, lakin bu iki dəfə çox olarsa, biz daha yaxşı mühəndis yetişdirə bilərik. Bunun həm laboratoriya tərəfi, həm müəllimin əməkhaqqı tərəfi var və sair. Gərək biz maliyyəni elə səmərələşdirək ki, tələbə sayının artımını deyil, keyfiyyətin artırılmasını təşviq etsin. Yəni, davamlı böyüməklə keyfiyyətin təmin olunması uzlaşmalıdır. Bəzən deyirlər ki, filan universitetdə yerlər 100 faiz doldu. Bu, nailiyyətdirmi? Məncə yox. Onsuz da dövlət şərait yaradır ki, vətəndaşları daha çox ali təhsil alsın. Yəni, qəbulun artırılması, daha çox tələbənin universitetə gəlməsi ali məktəbin deyil, dövlətin nailiyyətidir ki, vətəndaşının təhsil alması üçün universitetə vəsait ödəyir. Universitetin nailiyyəti daha çox keyfiyyətlə bağlı olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.