Bloqerlərin mərci: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu? – ETİRAF / VİDEO

20-02-2025, 09:38           
Bloqerlərin mərci: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu? – ETİRAF / VİDEO
Rusiyada bloqerlər Asxab Tamayev və Axmed Alisxabov (Venqalbi) arasındakı mərcin nəticəsi məlum olub.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, müvafiq kadrlar Tamayevin Yutub kanalında dərc edilib.

Mərcə əsasən, Axmed Asxabın avtomobillərinə (cəmi 5 ədəd) od vursa da, sonradan bunu sadəcə videoçəkliş üçün etdiyini etiraf edib. O, “Mercedes G Class”, “Lamborghini”, “Rolls-Royce” və BMW kimi lüks avtomobilləri yandırmaq fikri olmadığını və onları öz sahibi Tamayevə qaytardığını bildirib.

Qeyd edək ki, Asxabın avtomobil qarajının ümumi dəyəri 5 milyon dollardan yuxarıdır.

Xatırladaq ki, bloqerlər arasındakı mübahisə energetik içkilərin reklamı ilə başlayıb. Tamayevin öz videolarının birində içkini reklam etməsi Venqalbinin xoşuna gəlməyib və Axmed Asxabın BMW avtomobilinin təkərlərinə od vurub. Bundan sonra onlar avtoparklarını mərcə qoyaraq yarış təşkil ediblər. Qalib uduzan tərəfin avtomobillərini yandırmalı idi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru