Xəzəri heç kim, heç nə xilas edə bilməyəcək! – AÇIQLAMA

20-02-2025, 10:21           
Xəzəri heç kim, heç nə xilas edə bilməyəcək! – AÇIQLAMA
Tarix boyu Xəzər dənizinin səviyyəsi dəfələrlə dəyişib. Lakin son illərdə baş verən azalma təbii proseslərdən daha çox insan fəaliyyəti və iqlim dəyişikliyi ilə əlaqələndirilir. Suyun azalması o qədər sürətlənib ki, bəzi sahilboyu ərazilər artıq Xəzərdən uzaq düşüb. Son 20 ildə Xəzər dənizinin suyu təxminən 2 metr azalıb.

Xəzərin geri çəkilməsi təkcə ekoloji problem deyil, həm də sosial-iqtisadi və siyasi nəticələr doğura bilər.

“Xəzəri xilas et” ekoloji hərəkatının təsisçisi Vadim Ni deyib ki, “biz dənizin şimal hissəsini, xüsusən də Qazaxıstan tərəfindəki şimal hissəsini tamamilə itirə bilərik”.

Maraqlıdır, Xəzəri qorumaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı danışan ekoloq Ənvər Əliyev bildirib ki, son 20 ildə Xəzər dənizinin 2 metr aşağı enməsi qorxulu deyil:

“Xəzər dənizi uzun illər, eralar ərzində də belə bir prosesi keçirib. Xəzər dənizindən hətta sahilə quru yol olub. Bu dənizin belə proseslərdən keçməsi yetişdiyi coğrafi məkandan irəli gəlir. Xəzərin artımı da, enməsi də ətrafındakı ekosistemə, təsərrüfat strukturlarına problem yaradır.

Xəzər dənizi şimaldan cənuba doğrudur. Dənizin ən dərin yeri də cənub zonadadır. Dənizin bütün hissələrində səviyyə enir. Amma indi şimal hissəsində bir az daha çox düşməlidir, çünki burada Yerin əyriliyi də nəzərə alınır. Xəzər dənizinin səviyyə tərəddüdü yaxın vaxtlarda, illərdə yəqin ki, yavaş-yavaş özünə qayıdacaq. Buna uzun müddət lazımdır.

Xəzər dənizini xilas eləməyə heç kim, heç nə edə bilməz. Bu, təbii mühitin problemidir. Xəzər dənizi özünün ekosistemini yenidən formalaşdıracaq”./olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru